“Çernomor”u canlandıran məşhur aktyor dünyasını dəyişdi

DÜNYA
21:46 / 18.05.2021
1154

Rusiyanın tanınmış aktyoru Vladimir Fyodorov 83 yaşında dünyasını dəyişib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə aktyorun tanışı İvan Şablov Feysbuk səhifəsində yazıb:

“Qısa boylu böyük adam. Sənətçi, nüvə fiziki, vətəndaş və insan! Onun qızıl əlləri və parlaq düşüncəsi olub”.

Qeyd edək ki, Vladimir Fyodorov 1972-ci ildə ekranlara çıxan “Ruslan və Lyudmila” filmindəki Çernomor obrazı ilə məşhurdur. O, “Çətinliklərdən ulduzlara” filmindəki Turançoks obrazı ilə də tanınır. “On iki stul”, “Kin-dza-dza” da daxil olmaqla aktyor 40-dan çox filmə çəkilib.

Fyodorov 50-dən çox elmi iş və ixtiranın müəllifi olub, şeirlər və nəsr əsərləri yazıb

0