Vaksin istehsalı 9 nəfəri milyarder etdi

DÜNYA
23:51 / 21.05.2021
2157

Koronavirus vaksinlərinin satışı həmin peyvəndlərin istehsalçısı olan şirkət rəhbərlərini milyarderə çevirib.

"Qafqazinfo” xəbər verir ki, bu barədə CNN material dərc edib. Bildirilir ki, vaksin istehsalından ən çox gəlir əldə edənlər Amerikanın "Moderna” şirkətinin rəhbəri Stefan Bansel və "Pfizer”lə birgə peyvənd istehsal edən "BioNTech”in rəhbəri Uğur Şahin olub. Onların hər ikisinin maddi sərvəti hazırda 4 milyard dollar təşkil edir.

Bundan başqa, "Moderna”nın ilk investoru olan Çinin "CanSino Biologics” şirkətinin rəhbərləri də milyarderə çevrilib. Ümumilikdə yeni milyarderə çevrilən 9 nəfərin ümumi sərvəti 19,3 milyard dollar təşkil edir.

1