"Amazon"un rəhbəri vəzifəsini tərk edir

DÜNYA
09:16 / 27.05.2021
1304

“Amazon”un təsisçisi Ceff Bezos səhmdarların illik toplantısında şirkətin baş direktoru vəzifəsindən gedəcəyini açıqlayıb.

“Associated Press” xəbər verir ki, multimilyarder vəzifəsini iyulun 5-də tərk edəcəyini bildirib.

O xatıraladıb ki, “Amazon” 1994-cü ildə məhz həmin tarixdə qeydiyyatdan keçib.

 

Bezos öz yerini şirkətin icraçı direktoru Endi Yassiyə verəcək, özü isə onun yerini tutacaq.

“Amazon” rəhbəri bu addımını digər şirkətlərinin idarəedilməsi üçün kifayət qədər zaman qazanmaq məqsədi ilə atdığını qeyd edib.

Məlumat üçün bildirək ki, Ceff Bezos həm də “The Washington Post” nəşri, kosmik gəmi istehsalı ilə məşğul olan “Blue Origin” kimi şirkətlərin sahibidir.

Həmçinin o, 8.45 milyard dollara məşhur Hollivud kinostudiyası Metro Qoldvin Mayeri də əldə etməyə hazırlaşdığını bəyan edib.

Hazırda 57 yaşlı iş adamının ümumi sərvəti 167 milyard dollar həcmində qiymətləndirilir.

0
Oxu.az