Yaxın günlərdə Ermənistanda bir sıra istefalar baş verəcək.
Bu barədə “Joqovurd” qəzeti yazıb. Nəşrin iddiasına görə, Ermənistan Silahlı Qüvvələri Baş Qərargah rəisinin müavini Stepan Qalstyan yaxın vaxtlarda istefa verəcək.
“Baş Qərargahın keçmiş rəisi Onik Qasparyan vəzifəsindən azad edildikdən sonra onu Qalstyan əvəz etdi. Onu hər yolla motivasiya etməyə çalışdılar, amma o da tezliklə gedəcək. Demək olar ki, bütün məmurlar Nikol Paşinyanın sərhəd məsələləri və Azərbaycanla münasibətlərə dair davranışlarından və bəyanatlarından narazıdırlar”, – “Joqovurd” qəzeti yazıb.
Yenisabah.az