Erməni mənbələr sabah Moskvada Azərbaycan və Ermənistan nümayəndələrinin sərhəd məsələsini müzakirə etmək üçün görüşəcəyini yazır.
Qaynarinfo xəbər verir ki, bu haqda təhlilçi jurnalist Asif Nərimanlı məlumat verib. O görüşün belə təcili təşkliylə bağlı fikirlərini səsləndirib:
"Məlumat rəsmi deyil, hərçənd, Moskvanın iki məqama görə prosesdə tələsik həll variantını tapmağa çalışdığı görünür:
Birincisi, İrəvanın "beynəlxalq müşahidəçi” təklifinin aktuallığının qarşısını almaq;
İkincisi, Putin-Bayden görüşünə qədər tərəflərin razılaşmasına, yaxud razılıq bazasının formalaşmasına nail olmaq.
Putin-Bayden görüşündə ABŞ-ın sərhəddə müşahidəçi qismində bölgəyə qayıdışının müzakirə ediləcəyi ehtimalı böyükdür. Görüşə qədər sərhəd məsələsində həll yolları tapılmasa, Vaşinqton Moskvanı cəlbedici təkliflər, yaxud təzyiqlərlə razı salmağa çalışacaq.
Putin görüşə Azərbaycan-Ermənistan arasındakı sərhəd məsələsi ilə getmək istəmir”.