Azərbaycana dost olan hökumət başçısı vəzifəsindən getdi

DÜNYA
13:57 / 03.06.2021
2170

İsraildə hökuməti qurma vəzifəsi tapşırılan “Yeş Atid” partiyasının lideri Yair Lapid yeni koalisya hökuməti qurduğunu bildirib.

“Yeş Atid” partiyasının lideri Yair Lapid yeni hökuməti qurduğu ilə bağlı İsrail prezidentini məlumatlandırıb.

Hökumətdə “Yamina” partiyasının lideri Naftali Bennet 2 il müddətinə baş nazir vəzifəsini yerinə yetirəcək. 2 il sonra isə vəzifə dəyişikliyinə əsasən, “Yeş Atid” partyasının sədri Yair Lapid baş nazir olacaq.

Qeyd edək ki, İsrailin hazırkı baş naziri Benyamin Netanyahu 12 ildirki hakimiyyətdə idi.

3
Modern.az