Ermənistanın eks-prezidenti, “Ermənistan” seçki blokunu lideri qismində parlament seçkilərinə qatılan Robert Köçəryan siyasi repressiyalara hazırlaşır.
Bölgələrdə seçicilərlə görüşən Köçəryan hakimiyyətə gələrsə, Nikol Paşinyan iqtidarını 3 illik hakimiyyətləri dövründə atdıqları adımlara görə məsuliyyətə cəlb edəcəklərini bildirib.
“Hara qaçmaqlarından asılı olmayaraq, yaxalarından tutub ölkəyə gətirəcəyik. Baş verənlərə görə məsuliyyət daşıyan hər kəs ədalətli cəzasını çəkəcək, narahat olmayın”- deyə Koçaryan açıqlama verib.
Ekspert dairələr eks-prezidentin Nikol Paşinyanı və onun komandasını həbs etmək planı barədə ehtimallar səsləndirir.
2008-ci ildə Robert Köçəryan prezident seçkilərinin nəticələrinə etiraz edən kütləyə atəş əmrini vermişdi. Həmin hadisələr zamanı 10 nəfər ölmüş, 250-dən çox insan yaralanmışdı.
Faktla bağlı Köçəryan 2018-ci ilin iyul ayından bəri “konstitusion quruluşu devirmə” maddəsi ilə 3 dəfə həbs olunub və bir müddət sonra azadlığa buraxılıb. (modern.az)