Ermənistan xarici işlər naziri müavinləri tam heyətlə istefa barədə ərizə təqdim ediblər.
TASS xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.
“Ötən həftə müvafiq xahişlə Ermənistan Baş nazirinin dəftərxanasına göndərilən ölkənin xarici işlər nazirinin bütün müavinləri istefa barədə ərizə təqdim ediblər”, - deyə məlumatda bildirilib.
oxu.az