Ermənistanda parlament seçkilərindən sonra dövlət idarəetmə sistemində kadr təmizliyi aparılacaq.
"Qafqazinfo” "RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Baş nazir vəzifəsini icra edən Nikol Paşinyan deyib.
"İnqilabdan əvvəl, 2018-ci ildə kadr təmizliyinin olmayacağını demişdim. İndi isə deyirəm ki, kadr təmizliyi olacaq və bu, 2018-ci ildən sonra xalq hakimiyyətinin dəhlizlərində oturub "Troya atı” rolunu oynayan vəzifəli şəxslərə qarşı aparılacaq. Bizə kadrları təmizləmək üçün mandat verin və biz bütün "Troya atlarını” dövlət idarəsi sistemindən rədd edək”, - deyə Paşinyan Araqatsot vilayətində sakinlərlə görüş zamanı bildirib.
O, həmçinin vətəndaşları müəyyən siyasi aksiyalarda iştiraka məcbur edən yerli hökumət və müəssisə rəhbərlərinə qarşı da "siyasi vendetta” vəd edib. Paşinyanın sözlərinə görə, hakimiyyət orqanları özəl kompaniyaların rəhbərləri ilə də "məşğul olmalıdır”.
"Vətəndaş intiqamına, vətəndaş vendettasına, kadr təmizliyinə hazır olun”, - deyə erməni Baş nazir əlavə edib.