Rusiyanın Soçi şəhərində silahlı insident baş verib.
Rusiya KİV-nin xəbərinə görə, şəhərin Adler rayonunda 2 məhkəmə pristavı vətəndaşa evinin sökülməsi barədə sənədi təqdim edən zaman güllələnib.
Ev sahibi Vartan Koçiyan əməkdaşlara atəş açıb. Hadisə nəticəsində məhkəmə pristavları Andranik Matevosyan və Albert Aqozyan ölüb.
Hadisəni törədən şəxs polisə təslim olub.
yenisabah.az