2014-cü ildə istehsal edilmiş “Mercedes-AMG C 63” yarış avtomobili “Mechatronic” portalında satışa çıxarılıb.
Motor.ru xəbər verir ki, vaxtilə Nyurburqrinq trası kimi bir çox yarışların qalibi olmuş avtomobil 1 282 328 avroya satılır.
Çəkisi 1120 kq olan və 550 at gücünə malik dörd litrlik V8 turbin mühərriklə hərəkətə gətirilən yarış maşını keçmiş Formula 1 pilotu Paskal Verlyayn tərəfindən idarə olunub.
Oxu.az