İlin ilk Günəş tutulması başa çatıb - YENİLƏNİB

DÜNYA
17:17 / 10.06.2021
1750

İlin ilk Günəş tutulması hadisəsi başa çatıb.

HİT.az-ın məlumatına görə, tutulma saat 12:12:15-də başlayıb və 4 saat 59 dəqiqə davam edib. Günəş tutulmasının həlqəvari fazası Rusiyanın, Qrenlandiyanın və Şimali Kanadanın bəzi yerlərində, qismən tutulma hadisəsi isə Avropanın çox hissəsi, Asiyanın böyük bir hissəsi, Şimali və Qərbi Afrika, Şimali Amerikanın çox hissəsi, Atlantik okean və Arktikada müşahidə olunub.

Təbiət hadisəsi Azərbaycanda müşahidə olunmayıb.

Qeyd edək ki, 2-ci Günəş tutulması 2021-ci ilin 4 dekabrında baş verəcək.

13.20

İlin ilk günəş tutulması başlayıb.

Günəş tutulması bu gün saat 12:12:15-də başlayıb və 17:11:16-da bitəcək.

Tutulmanın həlqəvi fazası Rusiya, Qrenlandiya və Şimali Kanadanın bəzi hissələrində, qismən tutulma isə Avropanın, Asiyanın, Şimali və Qərbi Afrikanın, Şimali Amerikanın, Atlantik Okeanının və Arktikanın əksər hissəsində müşahidə edilir.

Qeyd edək ki, günəş tutulması Azərbaycanda müşahidə olunmayacaq.

 

 

0
Qafqazinfo.az