Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyanın tərəfdarlarının Yerevanın Malatiya-Sebastiya rayonundakı yürüşü zamanı əlbəyaxa dava olub.
Bu barədə “Report” Ermənistan mətbuatına istinadən xəbər verir.
Dava Paşinyanın tərəfdarları ilə "Çiçəklənən Ermənistan" partiyasının qərargahının əməkdaşları arasında olub. Qeyd edilir ki, hər şey mübahisə ilə başlayıb, tərəflər sonra yumruq davasına çıxıblar. Qarşıdurmaya polis əməkdaşları müdafiə etməli olublar. Onlar dava iştirakçılarını ayırıblar.