Ermənistan cəmiyyəti psixoz vəziyyətdədir - Kriminal hadisələr artıb

DÜNYA
12:58 / 16.06.2021
1549

Ermənistanda siyasi böhran başlayandan bəri kriminal hadisələrin sayı artıb. 

HİT.Az xəbər verir ki, ölkədə oğurluq, soyğunçuluq əməlləri ilə yanaşı, qətllər də adi hala çevrilib. Son iki gündə Ermənistanda iki qətl hadisəsinin baş verməsi bunun əyani sübutudur.

Məlumat üçün deyək ki, iyunun 14-də Armavir rayonunun Vanand kənd sakini odlu silahla qətlə yetirlib.
Bu gün isə Kotayk rayonunda qətl hadisəsi baş verib. Qətli törədən soyuq silahdan istifadə edib.

Ekspertlər hesab edir ki, Ermənistanda yaranmış siyasi böhran kriminogen durumun nəzarətdən çıxmasına səbəb olub. 

“Bu, əlbəttə yalnız ölkədədaxili gərginliyi artırmaq istəyən qüvvələrin işi deyil. Ermənistan cəmiyyəti də artıq psixoz vəziyyətdədir. İkinci Qarabağ savaşındakı ağır məğlubiyyət, bunun fonunda sosial-iqtisadi vəziyyətin ağırlaşması, siyasi elitaya ümidlərin ölməsi, cəmiyyətdə radikallaşma meyllərin artması kriminal hadisələrin adi hala çevrilməsinə səbəb olub”, - deyə eskpertlər bildirir.

Onların fikrincə, bu tendensiya davam edəcəyi təqdirdə Ermənistanda yaşamaq təhlükəli olacaq. 

Ermənistan ictimaiyyəti də baş verənlərdən narahatdır. Lakin ölkədə siyasi böhranın pik həddə çatması, vətəndaş qarşıdurmasının real olduğu bir məqamda kriminogen durumun nəzarətdən çıxması diqqətdən kənarda qalıb. 

VÜQAR

0