Türkiyədə daha bir silahın sınağı uğurla başa çatdı

DÜNYA
23:33 / 18.06.2021
1490

Türkiyənin gəmi əleyhinə raketi “Atmaca” ordunun silahlandırılmasına daxil olmazdan əvvəl son sınaq zamanı gəmi formalı suüstü hədəfi müvəffəqiyyətlə vurub.

“Report” xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan özünün tvitterdəki səhifəsində bildirib.

Dövlət başçısının sözlərinə görə, həlledici sınaq bu gün keçirilib.

0