İstanbulun Mərmərə bölgəsində zəlzələ olub.
Hit.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
AFAD-ın xəbərinə görə, təkanlar Bakı vaxtı ilə saat 16.08-də Kartal rayonunda qeydə alınıb. 7 kilometr dərinlikdə baş verən zəlzələnin gücü 3,9 bal olub.
Daxili İşlər nazirini müavini İsmail Çataklı bildirib ki, hər hansı dağıntı və insan tələfatı yoxdur.