Ermənistanda bu gün yerli vaxtla saat 07:00-a olan məlumata əsasən Mərkəzi Seçki Komisisyası (MSK) dünən keçirilən növbədənkənar parlament seçkilərində səslərin 95,8 %-ni hesablayıb. Bu göstəricilər 2 008 seçki məntəqəsinin 1 945-nin nəticələridir.
Bu barədə "News.am" xəbər verir.
MSK-nın məlumatına görə, baş nazirin səlahiyyətlərini icra edən Nikol Paşinyanın rəhbəri olduğu "Vətəndaş müqaviləsi" Partiyası 54,21 % (661 736 səs) toplayıb. Keçmiş prezident Robert Köçaryanın rəhbəri olduğu "Ermənistan" blokuna isə seçicilərin 20,89 %-i (255 034 nəfər) səs verib.
Seçicilərin 64 131 nəfəri, yaxud 5,25 %-i “Şərəf duyuram” blokuna, 48 645 nəfəri və ya 3,99 %-i “Çiçəklənən Ermənistanı dəstəkləyib.
Ermənistanda növbədənkənar parlament seçkiləri ikinci Qarabağ müharibəsində rüsvayçı məğlubiyyətdən sonra uzun müddət davam edən daxili ictimai-siyasi böhran fonunda keçirilib. Seçkilərdə bir sıra qanun pozuntuları, hətta silahlı insident - atışma qeydə alınıb. Ermənistanın Baş Prokurorluğu quruma seçki pozuntuları ilə bağlı 319 məlumatın daxil olduğunu açıqlayıb. Öz növbəsində İstintaq Komitəsi də xeyli sayda qanun pozuntusunun aşkarlandığını bildirib. Seçkilərdə qeydə alınmış qanun pozuntuları ilə əlaqədar bir neçə cinayət işi qaldırılıb. Ölkə müxalifəti seçkilərin nəticələri ilə razılaşmadığını bildirib.
Səsvermələr seçki fəallığının aşağı olması ilə seçilib. Ermənistan tarixindəki ikinci növbədənkənar parlament seçkilərində 21 partiya və 4 blok iştirak edib.//Report