Paşinyan seçicilərin etimadını itirib

DÜNYA
14:52 / 21.06.2021
1891

Ermənistan Mərkəzi Seçki Komissiyasının açıqladığı rəqəmlər göstərir ki, 2018-ci ilin dekabrında keçirilmiş erkən parlament seçkiləri ilə müqayisədə Baş nazir vəzifəsini icra edən Nikol Paşinyanın rəhbərlik etdiyi siyasi qüvvə 197 mindən çox seçicinin etimadını itirib. 

HİT.Az xəbər verir ki, 20 iyun seçkilərində səsvermə hüququ olan vətəndaşların sayı 2 milyon 595 min 334 nəfər olub. Lakin seçkidə 1 milyon 282 min 411 seçici (49, 4 faiz) iştirak edib. Seçicilərdən 687 414 nəfər Paşinyanın rəhbəri olduğu “Vətəndaş Müqaviləsi” partiyasına səs verib. 

2018-ci il-də keçirilən erkən parlament seçkilərində isə 2 milyon 539 min 140 nəfərin səsvermə hüququ olub. Seçkidə isə 1 milyon 261 min 105 seçici iştirak edib. Onlardan 884 864 nəfəri həmin vaxt Paşinyanın rəhbərlik etdiyi “Mənim addımım” blokuna səs verib.

Beləliklə, 2018-ci ildə keçirilən seçkilərdən 3 il sonra Paşinyan 197 450 nəfər seçicinin səsini itirib. 

VÜQAR

0