Ermənistanda İkinci Qarabağ müharibəsinin iştirakçısı, “Monax” xüsusi kəşfiyyat və diversiya dəstəsinin komandiri Artur Ayvazyan gecə saatlarında saxlanılıb.
Erməni KİV-i xəbər verir ki, komandir Ermənistanda müharibə ilə bağlı çəkiləcək filmdə bəzi açıqlamalar, o cümlədən, Şuşaya gedən yolun əldən çıxması ilə bağlı konkret ifşaedici faktları ortaya qoyub.
Həmçinin ictimai fəal kimi tanına erməni komadırın həbsi ölkədə tuğyan yaradıb.
Qeyd edək ki, İkinci Qarabağ müharibəsinin iştirakçısı olmuş Artur Ayvazyan tez-tez müharibədə gördüyü çatışmazlıqlar ilə bağlı hakimiyyət əleyhinə çıxışlar edirdi.
yenisabah.az