Ermənistanın keçmiş deputatı Miqran Akopyana məxsus avtomobilin altına qumbara atılıb.
HİT.az erməni KİV-inə istinadən xəbər verir ki, partlayış nəticəsində Akopyanın və qonşusunun avtomobili, həmçinin yaxınlıqdakı evin fasadı zədələnib. Ölən və yaralanan yoxdur.
Akopyan deyib ki, baş tutmamış sui-qəsd onun ictimai-siyasi fəaliyyəti ilə əlaqəlidir. “Məni qorxutmağa, susdurmağa cəhd edirlər. Amma buna müvəffəq ola bilməyəcəklər”, - deyə keçmiş deputat vurğulayıb.
Miqran Akopyan “Kvartet Media” şirkətinin həmtəsisçisi, keçmiş prezident Serj Sarqsyanın başçılıq etdiyi “Şərəf duyuram” seçki blokunun fəallarındandır. Akopyan 2017-ci ilin aprelindən 2018-ci ilin dekabrınadək deputat olub.
VÜQAR