Türkiyəli futbolçu rəsmən “İnter”də - FOTO

DÜNYA
22:26 / 22.06.2021
1918

“Milan”ın yarımmüdafiəçisi Hakan Çalhanoğlunun karyerasını “İnter”də davam etdirəcəyi təsdiqlənib.

HİT.az xəbər verir ki, bu barədə "İnter" klubu məlumat yayıb.

27 yaşlı türkiyəli oyunçunun “Milan”la müqaviləsi bu ayın sonunda başa çatır. O, azad agent kimi son İtaliya çempionunun heyətinə qatılacaq.

Çalhanoğlu ilə yeni klubu arasında üç illik müqavilə bağlanıb. Futbolçunun məvacibi isə ildə 5 milyon avro, üstəgəl 1 milyon avro bonus təşkil edəcək.

0