Qara dənizdə insident yaşanıb.
Rusiya KİV-i xəbər verir ki, Böyük Britaniyaya məxsus Defender esminetsinin Rusiyanın su sərhədlərini pozmasının qarşısı alınıb. Hadisə Fiolent burnunda baş verib.
Belə ki, Rusiyanın su sərhədlərinə 3 kilometr dərinliyə qədər daxil olan gəmiyə Qara dəniz donanmasının keşikçi gəmiləri tərəfindən xəbərdarlıq atəşi açılıb. Bundan nəticə hasil olmadıqda isə Su-24M təyyarələri tərəfindən 4 xəbərdarlıq xarakterli bomba atılıb.
Yalnız bundan sonra Defender gəmisi ərazini tərk edib.
Modern.az