Rusiya hüquq-mühafizə orqanları 34 yaşlı azərbaycanlını beynəlxalq axtarışa verib.
HİT.Az bildirir ki, "İnterpol"un saytında yerləşdirilən məlumatda belə deyilir.
Qeyd olunub ki, 1986-cı ildə Mingəçevir şəhərində anadan olan Samir Babayev terror təşkilatında iştirakda təqsirləndirilir.
Rusiya hüquq-mühafizə orqanları onun barəsində dövlətlərarası axtarış elan edib, saxlanılması üçün "İnterpol"a müraciət olunub.