Suriyada terror - Ölən var

DÜNYA
19:33 / 26.06.2021
1528

Suriyanın Afrin şəhərində terror aktı törədilib.

HİT.az-ın məlumatına görə, Azaz şəhəri istiqamətində hərəkət edən və içərisində mülki vətəndaşların olduğu avtomobilin partladılması nəticəsində 1-i uşaq olmaqla, 3 nəfər həyatını itirib, daha 3 nəfər isə ağır yaralanıb.

Təhlükəsizlik qüvvələri faktla bağlı araşdırmalar aparır. İlkin versiyaya görə, terror aktının PKK tərəfindən həyata keçirildiyi ehtimal olunur.

0