Avropa Şurası təsdiqləməyincə, Almaniya “Sputnik V” peyvəndini tanımayacaq.
HİT.az xəbər verir ki, bu barədə Almaniya Səhiyyə Nazirliyinin mətbuat xidmətinin təmsilçisi Sebastyan Qyulde məlumat verib. Onun sözlərinə görə, Almaniyada yalnız Avropa Şurasının təsdiqlədiyi vaksinlər tanınır.
Avropa Dərman Agentliyi (EMA) Rusiyanın “Sputnik V” vaksininin Avropa İttifaqı ölkələrində dövriyyəsinə hələ ki, icazə verməyib.
Xatırladaq ki, iyunun 25-də İtaliyanın baş naziri Mario Draqi vaksinin təsdiqləməsinin təhlükəli olduğunu bildirsə də, səbəbini açıqlamamışdı. Sadəcə bildirmişdi ki, AB hər şeydən əvvəl, "Moskvanın kiberhücumlar, casusluq, dezinformasiya və insan haqlarının pozulması kimi cinayətlərini” nəzərə almalıdır.
EMA mütəxəssisləri isə, vaksinin təsdiqlənməsində gecikmənin yalnız peyvənd tədqiqatları ilə əlaqəli olduğunu söyləyirlər.