İyul ayında maqnit qasırğası gözlənilir - XƏBƏRDARLIQ

DÜNYA
23:55 / 29.06.2021
3407

İyulun hansı günlərində Yer kürəsində maqnit fırtınalarının gözlənildiyi məlum olub.

Günəşin aktivliyinin artdığı həmin günlərdə xroniki xəstəlikləri, eləcə də orqanizmi hava dəyişikliklərinə kəskin reaksiya verən insanların ehtiyatlı olmaları məsləhət görülür. Həqiqət budur ki, maqnit fırtınası əhval-ruhiyyənin pisləşməsinə də səbəb ola bilər.

İyul ayında maqnit fırtınalarının çox olacağı ilə bağlı xəbərdarlıq da edilir.

İlk fırtınalar ayın əvvəlində baş verəcək. İyulun 4 və 5-də baş verəcək maqnit fırtınası dörd bala çatacaq.

Mütəxəssislərin məlumatına görə, ikinci dalğa iyulun 9 və 10-da olacaq. Təbii hadisələrin zərbələrinin bir qədər zəif olacağı və üç balı keçməyəcəyi gözlənilir.

Üçüncü dalğa ayın 12-si və 13-nə proqnozlaşdırılır. Bu günlər ciddi bir sınaq olacaq. Buna səbəb planetar indeksin normanı üç dəfə üstələməsi, təsir gücünün isə dörd ballıq olmasıdır. Bu, iyul ayının ən güclü zərbəsi olacaq.

Zəif maqnit qasırğası iyulun 29-da gözlənilir.

Qasırğanın təsirini azaltmaq üçün bu fenomenə hazırlaşmaq daha yaxşıdır.

Kifayət qədər yatmaq, yüngül qidalara üstünlük vermək, ürək-damar sistemini çox yükləməmək tövsiyə olunur. Bu dövrlərdə ağır fiziki yüklənmədən imtina etmək məsləhətdir.

Mütəxəssislər belə günlərdə qarşıdurmalardan və çətin qərarlardan çəkinməyi məsləhət görürlər.

1
Lent.az