Rus döyüşçülər türk dronlarından qaçır - Liviyada şok gəlişmə

DÜNYA
17:55 / 25.05.2020
1205

Liviyanın legitim ordusu qiyamçı general Xəlifə Haftara qarşı irəliləyən zaman gözlənilməz hadisə baş verib.

Ordunun irəliləməsinin ardınca Rusiyanın Vaqner şirkətinə aid muzdlu döyüşçülər Beni Vəlid hava limanından iki hərbi karqo təyyarəsi ilə nəməlum istiqamətdə təxliyə edilib.

Liviya ordusunun sözçüsü polkovnik Məhəmməd Qanuni sosial media hesabında yazıb ki, Tripolinin cənub-şərqində yerləşən Beni Vəlid şəhərinin hava limanından təxliyə edilən rus muzdlu döyüşçülərinin sayı 1500-1600 olub.

Qeyd edək ki, mayın 18-də Liviya ordusu Haftarın əlində olan Vatiyyə hava bazasını aldıqdan sonra qərb bölgələrini də təmizləməkdə davam edir.

Əlavə edək ki, Liviyada faktiki olaraq Rusiya ilə Türkiyə vəkalət müharibəsi aparır. Rusiya Liviyaya muzdlu döyüşçülər göndərir, Türkiyə isə Sərrac hökumətinə dronlar, Pilotsuz Uçuş Aparatları (PUA) verir. Vaqner muzdlularının təxliyəsi onu deməyə əsas verir ki, əslində rus muzdluları türk dronlarının əlindən qaçır.

0
Teleqraf.com