44 günlük Vətən müharibəsində Ermənistanın toplam 4 mindən çox əsgər itirdiyi təsdiqlənib.
HİT.Az xəbər verir ki, rəsmi İrəvan bununla bağlı açıqlama yayıb və bəyan edib ki, həmin əsgərlər Ermənistan ordusunda xidmət edənlərdir. Lakin yerli mənbələr bu rəqəmin 5 min nəfər olduğunu bildirir. Üstəlik, bunu sübut etməyə hazır olduqlarını da qeyd ediblər.
Xankəndidəki erməni terroçuları isə bu gün bildiriblər ki, onlar hələ də müharibədə ölənlərini axtarırılar. Həmin məlumata əsasən, 27 sentyabr-12 noyabr aralığında Qarabağ “müdafiə ordusu”nun 1578 “əsgəri”nin meyidi ailələrinə verilib. 13 noyabr 2020-ci ildən 28 iyun 2021-ci ilə kimi isə axtarışlar nəticəsində 1586 erməni “əsgərin” meyidi tapılıb. 10 noyabrdan sonra məhkəmə-tibbi ekspertiza sayəsində 2711 erməninin meyidi müayinə edilib, şəxsiyyəti müəyyən olunub.
Hazırda 60 nəfərin əsir olduğu deyilir. İtkinlərin sayı barədə isə məlumat verilmir.
Qarabağdakı erməni terrorçularının açıqlamalarından belə başa düşmək olar ki, 44 günlük müharibə zamanı onlar 3164 erməni əsgəri öldürülüb. İtkin düşənlərin də təxmini sayı min nəfərdən çox göstərilir ki, bu da əlavə olarsa, itkilərin sayı 4200 nəfər çatır.
VÜQAR