Ermənistanda son 12 ildə dövlət borcları 5 dəfəyədək artıb.
HİT.Az xəbər verir ki, bu barədə “Sputnik” nəşri məlumat yayıb.
Həmin məlumata görə, Ermənistanın dövlət borcu ötən il onun ÜDM-nin 63,5 faizini təşkil edib.
Tanınmış iqtisadçı, ADR Hərəkatının sədri Qubad İbadoğlunun sözlərinə görə, bu, o deməkdir ki, artıq Ermənistanda dövlət borcu təhlükəli fazaya daxil olub.
O bildirib ki, Ermənistanın dövlət borcu ötən il daha sürətlə artaraq ilin əvvəlindən 6,8 milyard dollardan ilin sonuna 8,1 milyard dollara yüksəlib, ÜDM-də faizi isə 13,4 faiz qalxıb. Hərəkat lideri hesab edir ki, buna səbəb həmçinin ötən il Ermənistanın ÜDM-nin 7,6 faiz aşağı düşməsidir.
VÜQAR