3 mutasiyalı koronavirus ştammı tapıldı – Daha təhlükəlidir

DÜNYA
21:04 / 07.07.2021
2500

Kaliforniya ştammında 3 mutasiya aşkarlanıb. Bu ona imkan verir ki, insan immunitetindən yan keçib, hüceyrəyə asan daxil olsun. İstər yoluxub sağalmış, istərsə də vaksinlə immunitet qazanmış olsun.

Medicina.az xəbər verir ki, ABŞ Vaşinqton biokimya universitetinin alimləri beynəlxalq səviyyədə tədqiqat aparıblar.

“Epsilon ştammı” adı verilən Kaliforniya variantı 2021-ci ildə ABŞ-dan başlayıb, indi dünyanın 34 ölkəsində yayılıb.
Devid Vasler və onun laboratoriyası bu mutasiyanın bioloji xarakterini təhlil edib.

Məlum olub ki, bu ştammda 3 yeni mutasiya birləşib, hansı ki, bunlar 3 dəfə antitelləri neytrallaşdırır, təsirini azaldır. Bu ştamm digər viruslara yoluxmuş və sağalmış insanların antitellərini də neytrallaşdırır.

İki mutasiyanın birləşməsindən olan NDT 10-dan çox antitel üçün tamamilə yaddır.

2