Etna vulkanı yenidən fəallaşdı

DÜNYA
21:15 / 07.07.2021
1218

Avropanın ən böyük vulkanı olan Etna yenidən fəallaşıb.

HİT.az xəbər verir ki, Siciliya adasında vulkan püskürməsi nəticəsində yaranmış kül dumanı ilə əlaqədar adanın əsas hava limanı bağlanıb. İtaliya Milli Geofizika və Vulkanologiya İnstitutunun məlumatına əsasən, kül dumanının hündürlüyü 10 kilometr yüksəkliyə çatır. Yaxın günlərdə vulkanın cənub-şərq hissəsində yerləşən kraterdən lava və kül püskürməkdə davam edəcək.

Əhali arasında xəsarət alan yoxdur. Təxminən 3300 metr yüksəkliyə malik vulkan bu ilin fevral ayından fəallaşmağa başlayıb.

Adanın əsas turist istiqamətlərindən biri olan vulkan təbiət parkı ərazisində yerləşir və 2013-cü ildə UNESCO tərəfindən dünya təbiət irsi siyahısına daxil edilib.

0