Rusiyada terror təhlükəsi - DİN-nin binasını partlatmaq istəyiblər

15:24 / 09.07.2021
1918

Rusiya Federasiyasının subyektyi olan Başqırdıstan Respublikasının paytaxtı Ufa şəhərində “Həyat Təhrir əş-Şam” terror təşkilatının üzvü saxlanılıb. 

HİT.az Rusiya mediasına istinadən xəbər verir ki, saxlanılan şəxs Rusiya Federasiyası Daxili İşlər Nazirliyinə məxsus binada terror aktı törətməyə cəhd edib. 

Əməliyyat zamanı bəlli olub ki, saxlanılan şəxs 1995-ci il təvəllüdlü yerli sakindir. O, binanı əldə düzəldilmiş partlayıcı qurğu ilə parlatmaq istəyirmiş. 

Saxlanılan şəxsin mobil telefonuna baxəş keçirilərkən onun mütəmadi olaraq müxtəlif terroçu qrupların üzvləri ilə əlaqə saxladığı məlum olub. 

“Həyat Təhrir əş-Şam” qruplaşması 2017-ci ildə “Cəbhət Fəth əş-Şam” təşkilatının bazasında yaradılıb. 

Aprel ayının əvvəllərində Federal Təhlükəsizlik Xidməti bu təşkilatın 2 üzvünü ələ keçirmişdi. Onlar Simferopol şəhərində təhsil ocaqlarının birində partlayış törətməyi planlaşdırırmış.

VÜQAR

0