Məhəmməd peyğəmbərin karikaturasını çəkməklə məşhur olan danimarkalı sənətçi Kurt Vesterqor 86 yaşında ölüb. O, uzun xəstəlikdən sonra vəfat edib.
Qeyd edək ki, Vesterqor 2005-ci ildə Məhəmməd peyğəmbərin karikaturasını çəkib. Onun əsəri dünya müsəlmanları arasında narazılığa səbəb olub. Karikatura elə həmin ilin sentyabr ayında Danimarkanın "Jillands Posten" qəzetində yayımlanıb, daha sonra bir neçə digər Avropa nəşri tərəfindən yenidən çap olunub. Karikatura beynəlxalq qalmaqala səbəb olub və onları da dərc edən "Frans Soir" qəzetinin baş redaktoru işdən qovulub. Bir neçə müsəlman ölkəsində Danimarka səfirliklərinə hücum edilib. Sözügedən karikaturanın nəşri ilə bağlı qarşıdurmalarda ən azı 50 nəfər ölüb.
Rəsmlərin müəllifinə bir neçə dəfə uğursuz sui-qəsd edilib. O, ömrünün son illərində polisin qoruması altında yaşamaq məcburiyyətində qalıb.