Dubayda "süni yağış" istehsal edildi

DÜNYA
18:37 / 21.07.2021
1661

Dünyanın ən quraq bölgələrindən biri olan Dubayda yüksək temperaturla mübarizə üçün süni yağış istehsal edilib.

HİT.az xəbər verir ki, aidiyyatı qurumlar istiliyin 50 dərəcəyə çatdığı şəhərdə pilotsuz təyyarələrin köməyi ilə yağış yağdırmaq üçün həll yolu tapıb. 

Meteorologiya Mərkəzi tərəfindən yayımlanan texnologiyanın tətbiq olunduğu bölgəyə şiddətli yağış yağdığı, hətta onun yolda nəqliyyatın hərəkətini çətinləşdirdiyi bildirilib.  

Qeyd edək ki, Birləşmiş Ərəb Əmirlikləri 2017-ci ildən bu layihənin üzərində çalışır. Süni yağışın qiyməti isə 15 milyard dollar olub. 

0