Bayden avqustun 30-u Zelenskini qəbul edəcək

DÜNYA
22:46 / 21.07.2021
1053

ABŞ Prezidenti Cozef Bayden avqustun 30-u Vaşinqtonda Ukraynalı həmkarı Vladimir Zelenskini qəbul edəcək.

Trend-in "İnterfaks"a istinadən verdiyi məlumata görə, bunu Ağ Evin mətbuat katibi Cen Psaki deyib.

C.Psaki bildirib: "Prezident Cozef bayden Ukrayna Prezidenti Vladimir Zelenskini avqustun 30-u Ağ Evdə qəbul etməyi səbirsizliklə gözləyir".

Mətbuat katibi həmçinin qeyd edib ki, Ukrayna liderinin ABŞ-a səfəri "enerji təhlükəsizliyi sahəsində sıx əməkdaşlığımızı və V.Zelenskinin korrupsiyaya qarşı mübarizə və islahatların həyata keçirilməsi üzrə səylərinə dəstəyimizi" təsdiqləyəcək.

0