“Nəyi bilirsiniz ki, danışırsınız?!” - Ərdoğan (VİDEO) 

DÜNYA
17:30 / 30.07.2021
1931

Türkiyə Prezidenti Recep Tayyib Ərdoğan hazırda ölkəsində davam edən yanğınlarla bağlı açıqlama verib.

“Habertürk” xəbər verir ki, Ərdoğan cümə namazından sonra ölkədə yanğınların söndürülməsi ilə bağlı irəli sürülən iddialara da aydınlıq gətirib.

O qeyd edib ki, belə bir vaxtda spekulyasiyalar, bu formada yanaşma tərzləri çox üzücüdür: “Bütün imkanlarımızı səfərbər etmişik. Bəziləri Türkiyə Hava Qüvvələrinin artıq təyyarələrinin olduğunu deyir. Nəyi bilirsiniz ki, danışırsınız?! Türkiyə Hava Qüvvələrinin əlində rahatlıqla istifadə edəcəyi təyyarələr yoxdur. Bu xəbərləri uydururlar”.

“Biz isə sadəcə 45 vertolyotla çalışırıq. Rusiyadan, Ukraynada aldığımız təyyarələr var. Azərbaycan da bir amfibiya təyyarə göndərəcək. Bununla təyyarə sayımız 6-7 olacaq. Dronlarla bölgədəki vəziyyəti izləyirik. 1080 yanğınsöndürən maşın çalışır. Danışanlar bunları bilərək danışmır. Sanki biz sadəcə kənardan izləyirik”, - deyə Ərdoğan əlavə edib. 

O vurğulayıb ki, 280 su tankeri, 2 270 ilk müdaxilə texnikası, 660 buldozer, 1 iş texnikası və s. hazırda əməliyyatlara cəlb olunub. 

Qeyd edək ki, iyulun 28-dən bu yana Türkiyənin müxtəlif bölgələrində meşə yanğınları baş verib. Bəzi bölgələrdə yanğın nəzarət altına alınsa da, bəzi bölgələrdə hələ də davam edir. 

 

0
Qafqazinfo.az