Əfqanıstanda dəhşət: İnsanlar təyyarədən yerə düşdü - VİDEO

16:21 / 16.08.2021
1522

Əfqanıstanın paytaxtı Kabildə hava limanından qalxan təyyarədən iki nəfər yerə yıxılıb.

Hadisənin videosu "Asvaka" agentliyi tərəfindən yayımlanıb.

Kadrlarda iki nəfərin təyyarədən yerə düşməsi öz əksini tapıb. Yerə düşən şəxslərin təyyarənin havaya qalxmazdan əvvəl özünü şassiyə bağladıqları deyilir.

Yerli mətbuat üç nəfərin "Lockheed C-130 Hercules" hərbi nəqliyyat təyyarəsindən düşdüyünü yazıb.

0