"Taliban" Türkiyəyə "qardaş ölkə" dedi - Türkiyədən cavab gəldi

DÜNYA
14:19 / 17.08.2021
5315

Əfqanıstanı ələ keçirmiş "Taliban" qruplaşmasının Türkiyə ilə bağlı bəyanatına qardaş ölkədən cavab gəlib. 

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu "Taliban"ın açıqlaması haqda danışıb. 

O "Taliban”ın Türkiyə barədə mesajlarını müsbət qarşıladıqlarını deyib. 

"Türkiyə Əfqanıstanda bütün tərəflərlə dialoqu davam etdirir. Ankara Əfqanıstanda sabitliyin bərpa olunması üçün ən çox dəstək verən ölkələrdən biridir” - deyə diplomat bildirib.

Qeyd edək ki, "Taliban” rəsmisi AHaber-ə açıqlamasında Türkiyəni "qardaş ölkə” adlandırıb.

0
azxeber.com