Əşrəf Qəninin ölkədən qaçarkən oğurladığı pulun miqdarı açıqlandı - VİDEO

DÜNYA
08:44 / 19.08.2021
4095

Əfqanıstan Prezidenti Əşrəf Qəninin ölkədən qaçarkən külli miqdarda pul aparması təsdiqlənib.

Bu iddia ilə Əfqanıstanın Tacikistandakı səfiri Məhəmməd Zəhir Əkbər çıxış edib.

Onun sözlərinə görə, Əfqanıstandan qaçan prezident Əşrəf Qəni xəzinədən 169 milyon dollar oğurlayıb.

Səfir Ə. Qəninin qaçmasını və pulları oğrulamasını dövlətə və millətə xəyanət adlandırıb:

​"Ölkə konstitusiyasına uyğun olaraq, prezidentin olmaması, qaçması və ya ölümü halında birinci müavin vəzifələrini yerinə yetirəcək. Buna görə, indi Əmrullah Saleh dövlət başçısıdır".

0
baku.ws