Moskvadan Sankt-Peterburqa qatarın üstündə getdi

DÜNYA
18:37 / 19.08.2021
1678

Rusiyada maraqlı hadisə yaşanıb.

HİT.az xəbər verir ki, adı açıqlanmayan 22 yaşlı Kirov sakini Moskvadan Sankt-Peterburqa qatarın üstündə gedərək 634 kilometr yol qət edib.

Buna səbəb gəncin dostunu ziyarət etmək istəyi olub. O pulu olmadığı üçün bu cür səyahət üsulunu seçib. Dəmiryol stansiyasında işsiz gənci dostu əvəzinə nəqliyyat polisləri qarşılayıblar. Onunla profilaktik söhbət aparılaraq bu cür səyahətin təhlükəli olması izah edilib.

 

 

0