“Taliblər” Pəncşirdə mərkəzi rayonu tutdu

21:40 / 04.09.2021
1365

Əfqanıstanda hakimiyyəti ələ keçirmiş "Taliban" hərəkatının döyüşçüləri Pəncşir əyalətinin mərkəzində yerləşən Annaba rayonunu tutublar.

Hit.az xəbər verir ki, bu barədə Əfqanıstanın “Ashwaka” bildirib.

Həmçinin qeyd edilir ki, döyüş əyalət qubernatorunun sarayının binası ərazisində aparılıb.

Daha əvvəl radikalların nümayəndəsi Bilal Kərimi tvitterdəki səhifəsində “Taliban”ın artıq Pəncşirin Hinc, Annaba, Şotol və Paryan rayonlarına nəzarət etdiyini yazıb

0