Tramp Vaşinqtondakı hotelini satır

DÜNYA
23:58 / 04.09.2021
857

ABŞ-ın sabiq prezidenti Donald Tramp Vaşinqton şəhərində yerləşən hotelinin satışı ilə bağlı danışıqlar aparır.

Bu barədə "Axios” nəşri öz mənbələrinə istinadən yazıb.
Məlumata görə, binadan istifadə hüquqlarının satışı ilə bağlı danışıqlar ilkin mərhələdədir. Nəşr sövdələşmənin təfərrüatlarının hələ də məlum olmadığını və müqavilənin bağlanması üçün uzun zaman lazım olduğunu bildirir.

"Trump Hotel” Vaşinqtonun əsas küçəsində, Ağ Evdən 500 metr və Kapitoldan bir kilometr aralıda yerləşir. /Modern.az

0