Rusiyada universitetə silahlı basqın nəticəsində ölənlərin sayı 8-ə çatdı - YENİLƏNİB

DÜNYA
12:04 / 20.09.2021
856

Perm Dövlət Universitetinə silahlı hücumda ölənlərin sayı 8-ə çatıb.

HİT.az xəbər verir ki, məlumatı “RİA Novosti” yayıb.

11.50

Perm Dövlət Universitetinə silahlı hücum edən şəxs 18 yaşlı Timur Bekmansurovdur.

HİT.az Rusiya mediasına istinadən xəbər verir ki, hüquq-mühafizə orqanları terrorçunu saxlayıb.

T.Bekmansurov ilkin ifadəsində bu hücumu uşaqlıqdan planlaşdırdığını və 10-cu sinifdən bəri bunun üçün pul yığdığını deyib. O, həmçinin hansısa radikal təşkilatın üzvü olmadığını bildirib.

11.28

Rusiyanın Perm Dövlət Universitetə silahlı basqın olub.

HİT.az “Haber Global”a istinadən xəbər verir ki, hadisə nəticəsində 3 nəfər ölüb, 4 nəfər isə yaralanıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

1