"Texnofest-2022" festivalı Azərbaycanda keçiriləcək

DÜNYA
21:25 / 20.09.2021
1281

Bu gün İstanbulda "Texnofest-2021"in açılış mərasimi baş tutub.

Hit.az xəbər verir ki, festival sentyabrın 26-dək davam edəcək.

Dünyanın ən böyük texnologiya, mülki və hərbi aviasiya festivallarından biri olan "Texnofest-2021"də "Baykar" şirkətinin rəsmisi Səlcuq Bayraktar mətbuat nümayəndələri ilə birgə festivalın keçiriləcəyi ərazini gəzərək jurnalistləri stendlərlə tanış edib.

O, "Texnofest-2022" festivalının Azərbaycanda təşkil olunacağını bildirib.

Xatırladaq ki, sentyabrın 21-də Türkiyə Respublikasının İstanbul şəhərində başlayacaq festivalda Azərbaycan tərəfindən HHQ-nin 2 ədəd MiQ-29 qırıcı təyyarəsinin nümunəvi uçuşları planlaşdırılır.

0