“Taliban”dan daha iki nazir təyinatı

DÜNYA
22:06 / 21.09.2021
864

Əfqanıstanda hakimiyyəti ələ keçirən “Taliban” müvəqqəti hökumətdə daha iki nazir təyinatı edib.

 “Ariana News” xəbər verir ki, Pəncşir əyalətindən olan Nuriddin Əzizi ticarət naziri, Bağlan əyalətindən sahibkar Məhəmməd Bəşir isə onun müavini təyin edilib. Bundan başqa, həkim Qələndər İbad Səhiyyə Nazirliyinə rəhbərlik edəcək.

Məşhur politoloq Nəzər Məhəmməd Mutmain Əfqanıstanın Milli Olimpiya Komitəsinin, mühəndis Nəcibulla isə Atom Enerjisi üzrə Dövlət Agentliyinin rəhbəri vəzifələrinə gətiriliblər.

ABŞ-ın Quantanamo həbsxanasında cəza çəkmiş səhra komandiri Əbdül Qəyyum Zakir isə müdafiə naziri Molla Yaqubun müavini təyin edilib.

0
“Qafqazinfo”