Etna vulkanı yenidən püskürdü

DÜNYA
23:58 / 21.09.2021
771

İtaliyanın Siciliya adasında yerləşən 3,326 metr hündürlüyə malik Etna vulkanının cənub-şərqindəki krater üç həftə sonra yenidən lava püskürüb.

Bu barədə İtaliya Milli Geofizika və Vulkanologiya İnstitutu məlumat yayıb.

Vulkan püskürməsi səhər saatlarında qeydə alınıb və təxminən 3 saat davam edib. Vulkanın külü 9000 metr yüksəkliyə çatıb

Etnanın aktivliyi bu il artıb. İlin əvvəlindən vulkanın 50 dəfədən çox püskürdüyü qeyd olunur.

 

0
Modern.az