Gürcüstanın Marneuli rayonunun Qızılhacılı kəndində 48 saylı seçki məntəqəsinin qarşısında qarşıdurma olub.
“Report” xəbər verir ki, insidentə səbəbin seçki saxtakarlığının olduğu bildirilir.
Gürcü Arzusu Partiyasının namizədi Ceyhun Çovdarov müxalif Vahid Milli Hərəkat Partiyasının namizədi Hacımurad Muradovu döyüb. O, xəstəxanaya çatdırılıb.
Əraziyə polis əməkdaşları cəlb olunub.