Tramp koronavirusa qarşı istifadə etdiyi vaksinin adını açıqladı

DÜNYA
23:09 / 02.10.2021
1426

ABŞ-ın keçmiş prezidenti Donald Tramp ilk dəfə "Pfizer"lə koronavirusa qarşı peyvənd edildiyini açıqlayıb və yenidən peyvənd oluna biləcəyini istisna etməyib.

Hit.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə o, "Yahoo Finance" internet portalına müsahibəsində bildirib.

Xatırladaq ki, ABŞ-da üç şirkətin - "Pfizer", "Moderna" və "Johnson & Johnson"un peyvəndlərinin istifadəsi təsdiqlənib.

0