Rusiyaya qarşı şok gediş: bu ölkədə hərbi missiya YARADILA BİLƏR

DÜNYA
13:26 / 03.10.2021
1862

Avropa İttifaqı Ukraynada müstəqil hərbi təlim missiyası qurmağı düşünür.

Bu barədə "Welt Am Sonntag" qəzeti Aİ-nin daxili sənədinə istinadla yazıb.

Nəşr yazır ki, belə bir missiya Rusiyanın sərhəddə hərbi fəaliyyətinin davam etməsi fonunda, həm də Krımla bağlı vəziyyətə görə Ukrayna ilə həmrəyliyin ifadəsinə çevriləcək.

Missiya qurularsa, Avropa İttifaqının Ukrayna Hərbi Məsləhət və Təlim Missiyası adlandırılacaq.

Qəzetin yazdığına görə, hələ iyul ayında Ukrayna Xarici İşlər Nazirliyi və Müdafiə Nazirliyinin rəhbərləri Avropa İttifaqının hərbi təlim missiyasını yaratmaq istəyiblər.

Sənəddə Avropa İttifaqının Ukrayna ordusunun hərbi potensialının artırılmasına kömək edə biləcəyi daha üç yol göstərilir. Mümkün variantlardan biri, 2014 -cü ildə qurulan Aİ-nin Ukraynada Vətəndaş Təhlükəsizliyi İslahatı Məsləhət Missiyasının genişləndirilməsidir.

0
Publika.az