İsrail kəşfiyyatı "Mossad” sentyabr ayında Suriyada məxfi əməliyyat icra edərək İran generalını ələ keçirib.
Hit.az xarici KİV-ə istinadən xəbər verir ki, "Mossad”ın əməkdaşları Suriyada olan İran generalını qaçıraraq onu adı açıqlanmayan Afrika ölkəsinə aparıblar.
İranlı general orada dindirilib və daha sonra sərbəst buraxılıb. Əməliyyatın digər təfərrüatları əlavə məlumat yoxdur.
Ancaq qeyd edilib ki, Mossad buna Livanda 1986-cı ildə vurulmuş israil şturmanı Ron Aradın həlak olmasının təfərrüatlarını aydınlaşdırmaq üçün buna əl atıb.
İsrail xüsusi xidmətlərinin fikrincə, iranlı general təyyarəçinin taleyi barədə məlumata malik ola bilərdi.